Tarix: 11-10-2022 | Saat: 21:55
Bölmə:Karusel / Manşet | çapa göndər
Biz strateji tərəfdaşlıq ruhunda dövlətlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair məzmunlu danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə məsələlərə dair fikir mübadiləsi apardıq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.
Danışıqların dövlətlərimiz arasında qardaşlıq münasibətlərini xarakterizə edən tam qarşılıqlı anlaşma, açıqlıq, etibar mühitində keçdiyini vurğulayan Qırğızıstan Prezidenti deyib: “Biz strateji tərəfdaşlığın aktivləşdirilməsi və genişləndirilməsi kursunun dəyişməzliyini təsdiqlədik. Məmnuniyyətlə qeyd edirəm ki, Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi və ticari-investisiya sahələrdə fəal inkişafının əyani göstəricisidir”.
Digər xəbərlər