Saytımızı qiymətləndirin


 
 

Bu gün AŞPA-nın payız sessiyası başlayır
Tarix: 10-10-2022 | Saat: 12:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu gün AŞPA-nın payız sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayır.

Qarabaginfo.az xəbər verir ki, sessiya zamanı Ukrayna Prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyasında videokonfrans vasitəsilə çıxış edəcək. Həmçinin İrlandiya Prezidenti Maykl D. Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnasio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları da olacaq.

Qərbi Balkan üçün Avropa perspektivi, islamafobiya və ya anti-müsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında "Brexit"in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyada həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərinə əməl etməsi ilə bağlı müzakirələr də gözlənilir.

Payız sessiyasında Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak edəcək.

Qeyd edək ki, sessiya oktyabrın 14-də başa çatacaq.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər