Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Ermənistan sərhədində Avropa qoşunu? – MÜHÜM AÇIQLAMA
Tarix: 08-10-2022 | Saat: 13:13
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan-Ermənistan sərhədində Avropa qoşunu? – MÜHÜM AÇIQLAMA

"Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə missiya göndərə bilsə, bu, delimitasiya üzrə hüquqi və texniki etimadın möhkəmləndirilməsi tədbirlərini gücləndirəcək”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib.

O, Praqa görüşündə Avropa mülki missiyasının 2 ay müddətinə Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi barədə gəlinən razılığa münasibət bildirib.

A.Kərimovun sözlərinə görə, Avropa İttifaqının xarici siyasət prioritetlərində sərhəd mövzusu aparıcı yer tutur:

“Məsələn, Aİ-nin Moldova və Ukraynaya yardım missiyası mövcuddur. Bu missiya 2005-ci ildə fəaliyyətə başlayıb və onun mandatı 2023-cü ilin noyabrın 30-da başa çatacaq.

İndi Avropa İttifaqı fərqli formatda Ermənistana missiya göndərəcək və onların fəaliyyətini Azərbaycan da dəstəkləyəcək. Bu missiya Azərbaycanla Ermənistanın qarşılıqlı ehtiyaclarına xidmət edən normaları, sərhədlərin mühafizəsi üzrə ideyaları təşviq edəcək. Məqsəd isə regional təhlükəsizliyin gücləndirilməsinə dəstək göstərməkdir”.

Mütəxəssis deyib ki, bu vəziyyət Rusiya üçün də məqbuldur:

“Çünki görünür ki, Avropa İttifaqı sırf ABŞ maraqlarının ifadəçisi kimi yox, əlahiddə bir funksiya ilə regiona gəlir. Düşünürəm ki, Avropa İttifaqının “missionerləri” daha çox texniki tərəflərə köklənəcəklər. Belə ki, onların hərbi-siyasi proseslərə nəzarət imkanları yoxdur.

Azərbaycan isə delimitasiya kontekstində daha geniş tələblər səsləndirir ki, bu da İrəvan üçün məqbul ideya sayılmır”.

“Azərbaycan istəyir ki, Zəngəzur dəhlizi məsələsini və sentyabr döyüşlərində əldə etdiyi ərazi nailiyyətlərini, üstəgəl, masada olan digər amilləri özünün delimitasiya şərtləri kontekstində qarşı tərəfə qəbul etdirsin. Hər necə olsa da, sülh müqaviləsinin imzalanmasına gedən yolda mühüm mərhələ Praqada reallaşdı. Lakin mütləq sülhün təmini üçün ara-sıra hərbi əməliyyatlara da ehtiyac duyula bilər”, – siyasi şərhçi yekunlaşdırıb.(Yenisabah)



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər