Saytımızı qiymətləndirin


 
 

Almaniya Ukraynaya yeni artilleriya göndərəcək
Tarix: 17-09-2022 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Almaniya hökuməti uzun tərəddüddən sonra Ukraynaya 18 ədəd artilleriya qurğusunun tədarük edilməsinə razılıq verib.

Qarabaginfo.az xəbər verir ki, hu barədə Welt am Sonntag onun əlində olan sənədlərə istinadən yazır.

Bildirilir ki, yeni qərar əsasən Almaniya Ukrraynaya 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsası verəcək.

Qeyd olunur ki, silahları Ukraynanın müdafiə naziri Aleksiy Reznikov iyulun 14-də istəyib. Ukraynanın tələbi Almaniya hakimiyyəti tərəfindən dəfələrlə müzakirə edilib, lakin indiyədək heç bir qərar verilməmişdi.

Artilleriya sistemi Almaniyanın "Krauss-Maffei-Wegmann" (KMW) şirkəti tərəfindən istehsal olunur. Bu silah hazırda Ukrayna ordusunun istifadə etdiyi "Panzerhaubitze 2000" artilleriya qurğusu kimi işləyir və eyni mərmilərdən istifadə edir.



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər