Saytımızı qiymətləndirin


 
 

Konfrans Liqasında 1/4 final mərhələsinin püşkü atılıb
Tarix: 18-03-2022 | Saat: 18:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

UEFA Europa Conference League (@europacnfleague) / Twitter

UEFA Konfrans Liqasında 1/4 mərhələsinin püşkatma mərasimi keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

Pley-off mərhələsində "Qarabağ"ı, 1/8 finalda isə "köhlən atlar"ın qrup mərhələsindəki rəqibi olmuş İsveçrə "Bazel"ini mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

1/4 final

"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

"Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)

"Marsel" (Fransa) - PAOK (Yunanıstan)

"Lester" (İngiltərə) - PSV (Niderland)

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər