Ana Sayfa > Karusel / Gündəm > Konfrans Liqasında 1/4 final mərhələsinin püşkü atılıb
Konfrans Liqasında 1/4 final mərhələsinin püşkü atılıb18-03-2022, 18:22. Yazar: Admin |
UEFA Konfrans Liqasında 1/4 mərhələsinin püşkatma mərasimi keçirilib. Qarabaginfo.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə bu raundun cütlükləri müəyyənləşib. Pley-off mərhələsində "Qarabağ"ı, 1/8 finalda isə "köhlən atlar"ın qrup mərhələsindəki rəqibi olmuş İsveçrə "Bazel"ini mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalda Yunanıstan PAOK-u ilə qarşılaşacaq. UEFA Konfrans Liqası 1/4 final "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) "Marsel" (Fransa) - PAOK (Yunanıstan) "Lester" (İngiltərə) - PSV (Niderland) Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq. Geri dön |