Saytımızı qiymətləndirin


 
 

“Köhnə oyunu təzə formada davam etdirmək istəyirlər”
Tarix: 06-10-2022 | Saat: 16:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Köhnə oyunu təzə formada davam etdirmək istəyirlər”

Praqa görüşü barədə ən çox danışan politoloq və deputatların oxşar və fərqli fikirləri var. Bəs Azərbaycanın eks-xarici işlər naziri olaraq Tofiq Zülfüqarov görüş barədə nə düşünür? Ermənistanla Azərbaycan sülhə yaxındırmı?

“Bilirsiniz, sülhə yaxınıq deyəndə mən bu məsələdə bir çox problemləri görürəm. Biz görürük ki, Ermənistan tərəfi sadəcə olaraq leksikanı dəyişməklə eyni mövzunu gündəmə gətirmək istəyir”.

KONKRET.az-a özəl açıqlama verən sabiq xarici işlər naziri deyib ki, İrəvan yenə Bakı ilə qondarma rejimin “vəzifəli”ləri arasında danışıqların olmasını gündəmə gətirir:

“Bu baxımdan, hələlik biz görürük ki, Ermənistana qarşı təzyiq var. Onlar Rusiya və Qərbdən istədikləri dəstəyi ala bilmirlər. Bunu Paşinyan da etiraf edib. Digər tərəfdən, Azərbaycan da siyasi təzyiqini gücləndirir. Ona görə də ermənilər danışıqlar prosesini uzatmaq istəyirlər. Bu səbəbdən onların sülhə meyllərini görmürəm. Çünki öz ictimaiyyətləri üçün etdikləri açıqlamalarda bu ikili oyunu hiss eləyirəm. Yəni, birmənalı olaraq Qarabağın Azərbaycanın tərkib hissəsində olduğunu demək istəmirlər. Köhnə oyunu təzə formada davam etdirmək istəyirlər, vəssalam”.

– Yəni, hələ ki, Azərbaycan Ermənistanı sülhə məcbur edə bilmir?

“Təkcə biz yox! Siz sadaladığınız qüvvələrlə yanaşı, həm də Rusiya tərəfindən bu və ya digər şəkildə ermənilərə təzyiq var. Çünki Ermənistan 10 noyabr öhdəliklərini həyata keçirtməkdən boyun qaçırır. Həmçinin ermənilər tərəfindən guya qərbyönümlü müəyyən addımlar atılır. Paşinyanın “lazımi dəstək almamışıq” fikrini də yada salmaq istəyirəm. Yəni, bu şəraitdə mən hələ nəticəyə o qədər də inanmıram”.

Tofiq Zülfüqarov sonuncu cümləni belə əsaslandırıb ki, ermənilərin davranışları səmimi deyil.



Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər