Tarix: 06-10-2022 | Saat: 15:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə İsrailə səfir təyin edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ankaranın İsraildəki səfiri Şahin Özkan Torunları olacaq.
Məlumata görə, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş Konsulu və Fələstində səfiri vəzifələrində çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin olunmuşdu.
Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
Digər xəbərlər