Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Türkiyə İsrailə səfir TƏYİN ETDİ
Türkiyə İsrailə səfir TƏYİN ETDİ6-10-2022, 15:53. Yazar: Admin |
![]() Türkiyə İsrailə səfir təyin edib.
Ankaranın İsraildəki səfiri Şahin Özkan Torunları olacaq.
Məlumata görə, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş Konsulu və Fələstində səfiri vəzifələrində çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl İrit Lilian İsrailin Türkiyədəki səfiri təyin olunmuşdu.
Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Geri dön |