Saytımızı qiymətləndirin


 
 

Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ
Tarix: 03-10-2022 | Saat: 13:57
Bölmə:Karusel | çapa göndər

Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ

Azərbaycan son danışıqlarda rəsmi İrəvan qarşısında 5 əsas tələb qoyub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın baş redaktoru olduğu "Haykakan Jamanak" qəzeti etibarlı mənbəyə istinadən bildirib.

Xəbərdə deyilir ki, hazırkı danışıqlar zamanı rəsmi Bakı Ermənistandan aşağıdakıları tələb edir:

- İrəvan “Dağlıq Qarabağ ordusu”nu buraxmalıdır;
- Dağlıq Qarabağı heç bir muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanımalıdır, yəni  sıfır statusla;
- Ermənistan ərazisindən Naxçıvan istiqamətinə dəhliz açmalıdır;
- 1919, 1920-ci illərin xəritələrinə əsasən sərhədin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir.
- Ermənistanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir.


"Haykakan Jamanak" qəzeti qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromisvariant  tapılmalıdır, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir (inandırılmalıdır).
 

Qəzet yaxın günlərdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının istədiklərini dərc edəcəyini vəd edib.



Xəbəri paylaş

175 dəfə oxunub.

Digər xəbərlər