Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: “Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli razılaşmaların icrasındadır”
Tarix: 29-09-2022 | Saat: 18:31
Bölmə:Karusel | çapa göndər

Rusiya XİN səhvini düzəltdi

Rusiya bir sıra qeyri-regional oyunçuların Ukraynadakı qeyri-sabitliyin Cənubi Qafqaz regionuna gətirilməsinə cəhdlər etdiyini görür.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, bir sıra regiondan kənar oyunçuların Ukraynadakı qeyri-sabitliyin təkcə Cənubi Qafqaz regiona deyil, postsovet məkanın digər hissəsinə gətirilməsinə cəhdlər etdiyini söyləyib:

“Bütün postsovet məkanında vəziyyəti destabilləşdirmək üçün hansı cəhdlərin edildiyini görürsüz. Bu, əlbəttə ki, olduqca destruktiv və olduqca təhlükəli xəttdir. Öz tərəfimizdən biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deskalasiyası üçün enerjili səyləri davam etdiririk. Moskva həm Bakı, həm də İrəvanla təmasdadır. Müvafiq addımlar KTMT xətti ilə də atılır. Əlbəttə ki, dayanıqlı atəşkəs rejiminin təmin olunması və bütün qüvvələrin əvvəlki mövqelərə çəkilməsi vacibdir. Bəli, biz həqiqətən də görürük ki, bir sıra qeyri-regional oyunçular mövcuddur ki, hansı ki, sülh razılaşmalarını reallaşdırmaq istəyirdilər. Prinsipcə, biz paxıl deyilik. Hər zaman uğurları bölüşməyə hazırıq. Lakin hazırda biz başqa tendensiyası görürük. Onlar bu razılaşmaların reallaşması təkərinə çomaq soxmağa cəhd edirlər. Bu isə artıq ciddi məsələdir. Əvvəlki kimi hesab edirik ki, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli razılaşmaların bütün bəndlərinin tam şəkildə icra edilməsindədir. Hazırkı vəziyyətdə regionda iqtisadi, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin razılaşdırılması daxil olmaqla bütün treklərdə işin aktivləşdirilməsini vacib hesab edirik. Biz əldə olunan razılaşmaların reallaşmasına diqqəti cəmləmişik”.



Xəbəri paylaş

1135 dəfə oxunub.

Digər xəbərlər