Tarix: 18-09-2022 | Saat: 17:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistanın paytaxtı İrəvanda ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibindən çıxması üçün etiraz aksiyası keçirilir.
Qarabaginfo.az TASS agentliyinə istinadən xəbər verir ki, yüzlərlə insan hazırda şəhərin Azadlıq meydanına toplaşıblar.
“Biz bura hökumətimizi KTMT-dən çıxmaqla bağlı dəstəkləmək üçün toplaşmışıq . Bundan sonra biz ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı real müttəfiqlərimizlə danışıqlara başlayacağıq”, - deyə etiraz aksiyasında iştirak edən sosioloq Karen Sarkisyan bildirib.
Onu da qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan etmişdi ki, ABŞ Ermənistanın KTMT-yə üzvlüyü və ölkənin qurumdan çıxma ehtimalına münasibət bildirmir.
Digər xəbərlər