Saytımızı qiymətləndirin


 
 

Paşinyan çaşqınlıq içindədir
Tarix: 23-06-2020 | Saat: 10:32
Bölmə:Karusel / Dünya | çapa göndər

 

2020/06/Nikol-1592651409.jpg

 

Ermənistandakı epidemiya böhranı sürətlə idarəetmə böhranına çevrilir və Ermənistan hakimiyyəti günbəgün siyasi bir iflasa uğrayır. Bütün bunların səbəbi hökumətin yoluxmaya qarşı qeyri-mütəşəkkil və yanlış mübarizəsidir.

Paşinyan hökumətinin epidemiya ilə mübarizə edə bilmədiyi barədə çox danışıldı. Onun bu məsələyə öz yanaşmasının olması başqa məsələdir, amma həqiqət budur ki, Paşinyanın çaşqınlığa düşməsi onun gündəlik fəaliyyət tərzi və qeyri-adekvatlığı ilə büruzə verir.

“168.am” nəşri yazır ki, Ermənistan hakimiyyətinin hərəkətlərindən və fövqəladə vəziyyətin fanatikliyindən, insanların bu rejimdə komendant qadağasına əməl etməməsindən danışmalarından sonra belə bir gündəliyə yalnız siyasi məqsədlər üçün ehtiyac duyduqları məlum olur.

“Hakimiyyət, daim insanların bir yerə cəmləşməsindən danışır. Ancaq mitinqlərin dağıdılması zamanı onlarla polis əməkdaşı avtobus və ya “Qazel”də bir yerdə daşınır.

Burada da məntiqi belə bir sual yaranır, 50 nümayişçi toplaşdıqda insan izdihamı hesab olunur, amma 300 polis hadisə yerinə 5 və ya 6 nəqliyyat vasitəsində (əslində 15-20 olmalıdır) gələrkən bu vəziyyət normal bir gündəlik iş günü hesab olunur, bu necə olur? Necə deyərlər, bu bir şərh tələb edən məsələdir.

Əlbətdə ki, absurd olan Paşinyanın tənqiddən və alternativ nitqdən biruzə verdiyi stress barədə tez-tez danışılır. Tənqid edərkən və ya fərqli bir fikir söylədikdə, hökumətin davranışı dərhal yalnız mənfi olmur, həm də qeyd edilən xadim və ya siyasi qüvvə dərhal damğalanır və feyk hücumun hədəfinə çevrilir. Bununla yanaşı, hökumət səslənən alternativ rəyi, təklifi müzakirəyə çıxarmağa və təkliflərini verməyə çalışmağa məcburdur.

Razılaşın ki, hakimiyyət nümayəndələrinin tənqidçiləri damğalaması, sonra günahkarları tapmağa çalışması və çox halda günahkar statusunda keçmiş hakimiyyət təmsilçilərinin adlarının hallanması qəbul olunmazdır.

Buna bənzər belə bir ittiham vəziyyəti bugünkü hökumətin iclası zamanı baş verdi. Yoluxmuş insanların sayında daha bir anormal artımın (665 yoluxmuş) qeydə alındığını və ölənlərin sayının 500-ə (410) yaxınlaşdığını başa düşən Nikol Paşinyan hər kəsə özünəməxsus tərzdə “minnət” gəlməyə başladı.

Paşinyan hökumətinin uğursuz olduğunu - epidemiya ilə mübarizəni, bütün idarəetmə prosesini bacarmadığını hər kəsdən daha yaxşı başa düşür. Yaxın gələcəkdə qəsdən fəaliyyətsizliyə görə cavab verməli olacağını başa düşür, buna görə də bu qədər hörmətsiz və təcavüzkar hərəkətlərdən istifadə edərək özünü doğrultmağa çalışır və bütün günahı cəmiyyətin üzərinə qoyur.

Son vaxtlar onun, “insanlar, mən başa düşmürəm, biz nəyi səhv edirik?” deyə bəhanələrinə, özünü doğrultma cəhdlərinə tez-tez rast gəlirik. Paşinyan onu da bilir ki, öz əlləri ilə maska paylaması sadəcə bir şoudur və küçədəki insanların səmimi sözləri və təbəssümləri sadəcə təqliddir. Çünki hamıya bir şey aydındır: insanları yaxşı düşünən bir lider, küçədə maska paylamır, öz siyasi strategiyasını elə qurur ki, vəziyyət bu qədər xaotik və idarəolunmaz hala gəlib çatmasın və vətəndaş dövlət tərəfindən tam qorunduğunu hiss etsin”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur. Ordu.az


Xəbəri paylaş

398 dəfə oxunub.

Digər xəbərlər