Zaxarova ermənistanlı jurnalistə təxribatçı sualına görə irad tutub
Tarix: 15-09-2022 | Saat: 15:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
257 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-09-2022 | Saat: 15:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan İctimai Televiziyasının müxbirinə təxribatçı sualına görə nöqsan tutub.
Erməni jurnalist Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə guya hücum etməsi, eləcə də dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan sərhədində yerləşən postunu və xidməti avtomobilini guya atəşə tutması ilə bağlı sual verməyə cəhd edərkən Zaxarova jurnalistin sualını yarımçıq saxlayıb və bildirib ki, bu, Rusiya XİN-nin rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin deyil: “Ona görə də xahiş edirik, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın. Bu birincisi, ikincisi isə, biz Ermənistan tərəfindən yardımla bağlı müraciət almışıq. Bildiyiniz kimi, KTMT-nin onlayn sammiti keçirilib və KTMT missiyasının Ermənistana göndərilməsi qərara alınıb. Rusiya tərəfi gərginliyi azaltmaq məqsədi ilə mümkün olanı edir”, o deyib.
Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025, 15:02
Lavrov: Rusiya təmas xətti boyunca hərbi əməliyyatları dayandırmayacaq
15-09-2022, 09:54
Ağalıda 29 il sonra ilk zəng çalındı
23-01-2018, 18:33
Bu ilki Oskar namizədlərinin adları AÇIQLANDI
18-11-2021, 18:35
Putin NATO-nu hədələyib
12-03-2021, 20:42
Ən böyük asteroid martın 21-də Yerə ən yaxın məsafədən keçəcək
18-02-2026, 17:18
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşova hökm oxunub
29-04-2026, 14:36
Avropa Parlamenti ilə münasibətləri dayandıra bilərik
20-06-2022, 17:08
İlham Əliyev sabah Özbəkistana gedəcək
10-05-2024, 17:02
“İrəvan və Bakı sülh sazişi imzalamaqla məhdudlaşmamalıdır”- MİRZOYAN
11-03-2024, 16:58
Azərbaycan və Qazaxıstan iki qardaş dövlətdir - İlham Əliyev


















