Ana Sayfa > Karusel / Gündəm > Zaxarova ermənistanlı jurnalistə təxribatçı sualına görə irad tutub
Zaxarova ermənistanlı jurnalistə təxribatçı sualına görə irad tutub15-09-2022, 15:17. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan İctimai Televiziyasının müxbirinə təxribatçı sualına görə nöqsan tutub. Erməni jurnalist Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə guya hücum etməsi, eləcə də dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan sərhədində yerləşən postunu və xidməti avtomobilini guya atəşə tutması ilə bağlı sual verməyə cəhd edərkən Zaxarova jurnalistin sualını yarımçıq saxlayıb və bildirib ki, bu, Rusiya XİN-nin rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin deyil: “Ona görə də xahiş edirik, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın. Bu birincisi, ikincisi isə, biz Ermənistan tərəfindən yardımla bağlı müraciət almışıq. Bildiyiniz kimi, KTMT-nin onlayn sammiti keçirilib və KTMT missiyasının Ermənistana göndərilməsi qərara alınıb. Rusiya tərəfi gərginliyi azaltmaq məqsədi ilə mümkün olanı edir”, o deyib.
Geri dön |