Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib.
Paşinyan Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu vurğulayıb.
Həmsöhbətlər Qarabağ problemi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Baş nazir ATƏT-in həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpa olunmasını və Qarabağ probleminin hərtərəfli həlli kontekstində sonuncunun təcrübəsindən istifadə olunmasını vurğulayıb.