Saytımızı qiymətləndirin


 
 

Gürcüstan əksər rusiyalıları ölkəyə buraxmır
Tarix: 08-09-2022 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstan əksər rusiyalıları ölkəyə buraxmır

“Bir neçə həftədir ki, Gürcüstan öz sərhədlərində ölkəyə səfər edən rusiyalılar üçün nəzarəti gücləndirib”.

Qarabaginfo.az “Agentstvo” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı “Free Russia Foundation” təşkilatının Cənubi Qafqaz üzrə bölməsinin direktoru Yeqor Kuroptev açıqlayıb.

Onun sözlərinə görə, bundan əvvəl rusiyalıların sərhədi keçməsinə rədd cavabı verilməsi halları az olsa da, indi isə gün ərzində onlarla rusiyalı sərhəddən buraxılmır. 

“Nə peşə, nə Gürcüstanda yaşamaq faktı, nə mənzil icarəsi ilə bağlı müqavilənin olması əhəmiyyət kəsb edir. Əgər yaşayış sənədi, müvəqqəti yaşayış icazəsi yoxdursa, heç bir sənəd Rusiya vətəndaşının Gürcüstana səfər etməsi üçün zəmanət vermir”, - deyə məlumatda qeyd olunub. 

Kuroptev qeyd edib ki, son zamanlar ölkəyə daxil olmasına icazə verilməyənlər arasında Gürcüstanda yaşayan və yaxud təhlükəsizlik ilə bağlı Rusiyadan gələn aktivistlər, jurnalistlər və hüquqşünaslar var.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər
11-02-2021, 14:03 Sabahın hava proqnozu