Saytımızı qiymətləndirin


 
 

Universitetlərə qəbul olanların qeydiyyatı BAŞLADI
Tarix: 02-09-2022 | Saat: 12:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün saat 12:00-dən etibarən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verildi.

 

Elm və Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, abituriyentlər //portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

 

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər