Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Bu barədə Qarabaginfo.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ötən gün saat 09:00-da başa çatıb. Nəticələrin 3-4 gün ərzində açıqlanacağı gözlənilir.

Bildirilib ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.