Saytımızı qiymətləndirin


 
 

Prezidentin xüsusi nümayəndəsi Zəngilanda görülən işlərdən DANIŞDI
Tarix: 27-08-2022 | Saat: 14:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zəngilanın dağıntılara ən çox məruz qalmış rayonlardan biridir. Zəngilanın yenidən qurulması və bərpası işlərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqdadır.

 

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda deyib.

 

V.Hacıyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın artıq başladığını diqqətə çatdırıb. O bildirib ki, Zəngilanda “ağıllı kənd” layihəsi həyata keçirilib. Xüsusi nümayəndə bu layihənin reallaşdırıldığı Ağalı kəndində indiyədək 200 evin inşasının tamamlandığını və 150 evin tikintisinin planlaşdırıldığını deyib.

 

V.Hacıyev Zəngilanda hava limanının inşasının davam etdiyini diqqətə çatdırıb, həmçinin Zəngilanda ekoturizm və aqroturizm, günəş enerjisindən istifadə üçün əlverişli şəraitin olduğunu qeyd edib. Onun sözlərinə görə, bununla da regionun təbiətinə zərər vermədən bölgəni elektrik enerjisi ilə təmin etmək mümkün olacaq.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər