Saytımızı qiymətləndirin


 
 

Diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərindəki tunelə baxış keçiriblər
Tarix: 26-08-2022 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərindəki tunelə baxış keçiriblər

Şuşaya səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə baxış keçiriblər.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov tunelin tikintisi barədə qonaqları məlumatlandırıb.

Əyyub Hüseynov bildirib ki, Şuşa azad olunduqdan çox qısa müddət sonra yolun çəkilişinə başlanıb:

"Bu proses əvvəldə çətin idi, işin əvvəli qış fəslinə təsadüf edirdi, bu regionda qış Azərbaycanın digər regionları ilə müqayisədə sərt keçir".

O deyib ki, yolun çəkilişində 5 şirkət iştirak edir, onlardan üçü yerli, digər ikisi isə Türkiyə şirkətidir.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi azad olunmuş ərazilərdə 18 layihə həyata keçirir ki, bunlar da böyük layihələrdir. Bu layihələr regionun sosial iqtisadi inkişaf üçün önəmli rol oyanayacaq", o vurğulayıb. (apa.az)



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər