Ümumdünya Səhiyyə Təşkilatı bu il COVID-19 səbəbiylə həyatını itirənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin baş direktoru Dr. Tedros Adhanom Qebreyesus, COVID-19 epidemiyası ilə bağlı son hadisələri qiymətləndirib.
Virusun təsirini göstərməyə başladığı 2019-cu ilin sonundan bu yana dünyada virusdan 6,45 milyon insanın öldüyünü deyən Qebreyesus, “Bu həftə ilin əvvəlindən bəri 1 milyon ölümlə kədərli bir dönüş nöqtəsi keçdik" deyib.