Saytımızı qiymətləndirin


 
 

Hökumət istəsə, qiymət artımının qarşısını alar - ŞƏRH
Tarix: 25-08-2022 | Saat: 15:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert, REAL partiyasının sədr müavini Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bahalaşmanın obyektiv səbəbi idxaldan asılılıqdır: “İdxal inflyasiyası qiymətlərə təsir göstərir. Amma ölkənin özündən asılı olan səbəblər də var ki, biz onları illərdir həll etmirik. Məsələn, yerli istehsalın artımı olsaydı, məhsul bolluğu olsaydı, qiymət artımı bu qədər sürətli olmazdı. Bu, artıq itirilmiş fürsətdir. Bunu qısa zamanda bərpa etmək, böyük istehsal sahələri yaratmaq mümkün deyil. Amma hökumətin əlində çox effektiv alətlər də var. Qısa müddətdə qiymət artımının qarşısını almaq mümkündür. Bu da vergi və gömrük siyasətidir. Dəfələrlə, israrla təkliflərimizi səsləndirmişik ki, Azərbaycanda ərzaq məhsulları və dərman vasitələrində vergi və rüsumlar azaldılmalıdır. Məsələn, ƏDV 18 faizdən 2 faizə endirilsə, 16 faiz azalma olsa, bu, ölkə vətəndaşlarının cibinə xeyir edər. Yaxud da gömrük rüsumlarında azalmalar olmalıdır. Hökumət bu addımları atsa, kifayət qədər tez və ciddi bir effekt verər. Qiymətlərin azalmasına, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edə biləcək amilə çevrilə bilər”.
Bəs hökumət niyə bu tədbirləri reallaşdırıb ucuzluq yaratmaqda maraqlı deyil? N.Cəfərlinin sözlərinə görə, əslində hökumət özü bunda maraqlı olmalıdır: "Açığı, bu sualın cavabını mən də bilmirəm. Amma düşünürəm ki, burada maraq qrupları var. Bunlar idxalçılardan, pərakəndə ticarət şəbəkələrindən, çox böyük söz sahibi olan biznesdən ibarət maraq qruplarıdır. Onlar həm də məmur biznesinə aiddirlər. Çox güman ki, onların maraq qruplarına toxunduğu üçün bu addımların atılması gecikdirilir. Bunun başqa məntiqi izahı yoxdur".



Xəbəri paylaş

1182 dəfə oxunub.

Digər xəbərlər