Ana Sayfa > Karusel / İqtisadiyyat > Hökumət istəsə, qiymət artımının qarşısını alar - ŞƏRH
Hökumət istəsə, qiymət artımının qarşısını alar - ŞƏRH25-08-2022, 15:51. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert, REAL partiyasının sədr müavini Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bahalaşmanın obyektiv səbəbi idxaldan asılılıqdır: “İdxal inflyasiyası qiymətlərə təsir göstərir. Amma ölkənin özündən asılı olan səbəblər də var ki, biz onları illərdir həll etmirik. Məsələn, yerli istehsalın artımı olsaydı, məhsul bolluğu olsaydı, qiymət artımı bu qədər sürətli olmazdı. Bu, artıq itirilmiş fürsətdir. Bunu qısa zamanda bərpa etmək, böyük istehsal sahələri yaratmaq mümkün deyil. Amma hökumətin əlində çox effektiv alətlər də var. Qısa müddətdə qiymət artımının qarşısını almaq mümkündür. Bu da vergi və gömrük siyasətidir. Dəfələrlə, israrla təkliflərimizi səsləndirmişik ki, Azərbaycanda ərzaq məhsulları və dərman vasitələrində vergi və rüsumlar azaldılmalıdır. Məsələn, ƏDV 18 faizdən 2 faizə endirilsə, 16 faiz azalma olsa, bu, ölkə vətəndaşlarının cibinə xeyir edər. Yaxud da gömrük rüsumlarında azalmalar olmalıdır. Hökumət bu addımları atsa, kifayət qədər tez və ciddi bir effekt verər. Qiymətlərin azalmasına, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edə biləcək amilə çevrilə bilər”. Geri dön |