Saytımızı qiymətləndirin


 
 

Primakovçu rusiyalı alim tərəfindən alternativ Laçın yolu barədə üçqat təxribat…
Tarix: 25-08-2022 | Saat: 13:59
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Primakovçu rusiyalı alim tərəfindən alternativ Laçın yolu barədə üçqat təxribat…

 

“Laçın da Azərbaycan SSR-ə məxsus idi, lakin burada əsasən XX əsrin 1990-cı illərində oranı tərk etməyə məcbur olan kürdlər yaşayırdı…”

"Dəhliz" desək də, yolun özü coğrafiyasına, dağlıq relyefə görə serpantin, dolama yoldur. Yəni bu, bir növ yalnız hansısa torpaq zolağı deyil və prinsipcə, onun ətrafındakı bütün ərazini qorumaq lazımdır. Əks halda, xüsusilə, Azərbaycandan əhalinin gəlişindən sonra təxribatlar qaçılmazdır”. 
Qarabaginfo.az xəbər verir ki, bu ikibaşlı fikirləri Rusiyanın Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Viktor Nadeyin-Rayevski “Kavkazski uzel” nəşrinə alternativ Laçın yolu haqda danışarkən ifadə edib.
 
"Qarabağda hazırda ermənilər yaşayır, ərazisi isə bolşeviklər tərəfindən Azərbaycana "bağışlanıb”.  Laçın da Azərbaycan SSR-ə məxsus idi, lakin burada əsasən 20-ci əsrin 1990-cı illərində oranı tərk etməyə məcbur olan kürdlər yaşayırdı. Bu, Ermənistan tərəfinə ünvanlanan sualdır. Amma elə üçtərəfli bəyanatda da (Əliyev-Paşinyan-Putin) hansı torpağın kimin olması qeyd edilməyib. Laçın dəhlizi üçün belə bir təyinat yoxdur. Əgər indi tərəflər yerdəyişməyə razılaşıblarsa,  onsuz da  hərəkətin təhlükəsizliyini təmin etmək vəzifəsi qüvvədə qalır. Laçın dəhlizinə yalnız Azərbaycan tərəfindən hərəkətə nəzarət edilməsi bəyanatda yoxdur”, - Nadeyin-Rayevski belə hesab edir.
 
Zəruri şərh:
 
Göründüyü kimi, Azərbaycanın və Türkiyənin qəti əleydarlarından olan, 20 Yanvar qətliamının təşkilatçılarından biri Rusiyanın keçmiş hökumət başçısı və Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Yevgeni Primakovun adını daşıyan institutun əməkdaşı tamamilə imperiyapərəst və ermənipərəst mövqe tutur.
 
Əvvəla, Nadeyin-Rayevski Azərbaycanın Qarabağ ərazisinin, eləcə də hazırda “Laçın dəhlizi” adlanan coğrafiyanı dünya birliyinin, BMT-nin, AŞ-ın, ATƏT-in və s. rəsmən tanıdığı Azərbaycan Respublikası ərazisi hesab etmir. Guya "Qarabağın 1920-ci illərdə bolşeviklər tərəfindən Azərbaycana bağışlandığı"nı iddia edir. Yəni, Azərbaycanın digər, eləcə də Qarabağ ərazisinin XVIII əsrin sonu, XIX əsrin I yarısında məhz Rusiya imperiyası tərəfindən köçürülmüş haylarla- ermənilərlə məskunlaşdırıldığını guya “unudur”…
 
İkincisi, bu primakovçu əsasən 1992-1995-ci illərdə Laçın və Kəlbəcər rayonlarının işğalından sonra əsrlərlə qardaş kimi yaşamış Azərbaycan türkləri və kürdləri arasına nifaq salmağa və Qarabağda Azərbaycan və Türkiyə üçün “PKK” terror təşkilatı vasitəsi ilə ikinci cəbhə açmağa yönəlmiş “Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan –Qırmızı Kürdüstandır” təxribatını yenidən gündəmə gətirməyə cəhd göstərərək guya Laçın rayonunda “əsasən kürdlərin yaşadığını” iddia edir. Halbuki, kürdlərin adı çəkilən bölgələrdə yaşaması Azərbaycan üçün problem olmasa da, həmin millət nümayəndələri ölkənin türk çoxluğu ilə, dediyimiz kimi, artıq qız verib qız aldığını, qaynayıb-qarışsa da, fakt üçün demək lazımdır ki, bütövlükdə adı çəkilən rayonlarda işğaldan öncə cəmi 5-6 minə yaxın kürd yaşayıb. Ayrıca Laçın rayonunun təxminən 8 iri kəndində isə onların sayı son statistikaya görə cəmi 1914 nəfərdir…   
 
Üçüncüsü, Nadeyin-Rayevski revanşist ermənilərin dəyirmanına su tökərək təkidlə sübut etməyə çalışır ki, alternativ Laçın yolu da mütləq “dəhliz” statusu almalı və Rusiya “sülhməramlı”ları tərəfindən qorunmalıdır. Guya ətrafdakı kəndlər (Ağanus, Unannovu, Fətəlipəyə, Ərəb, Mığıdərə, Məlikpəyə, Malxələf və s) azərbaycanlılarla məskunlaşdırıldıqdan sonra həmin yolla keçən erməni əhali üçün təhlükə yaranacaq. Əvvəla, alternativ yol qeyd edilən kəndlərin içərisindən yox, xeyli aralı məsafədən keçir. İkincisi, həmin kəndlərin bərpası və məskunlaşdırılması hələ bir neçə il çəkəcək. Üçüncüsü də, alternativ yol çəkilərkən Şuşa rayonunun ermənilər yaşayan Böyük və Kiçik Qaladərəsi, Onverst kəndləri keçən ərazidə işləmiş azərbaycanlı və türkiyəli mütəxəssis və fəhlələr arasında bir ildən çox müddətdə, demək olar ki, heç bir insident yaşanmayıb. Bu da göstərir ki, kənardan, xüsusən də Rusiya tərəfindən qızışdırıcı müdaxilə olmasa, yoldan keçən  ermənilərlə də heç bir insident yaşanmayacaq…
(moderator.az)


Xəbəri paylaş

1181 dəfə oxunub.

Digər xəbərlər