Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində sənədlər imzalanıb
Tarix: 24-08-2022 | Saat: 16:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində sənədlər imzalanıb

Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində sənədlər imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, imzalanmış sənədlər bunlardır:

- Azərbaycan Respublikasının Mingəçevir şəhəri ilə Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum;

- Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum;

- Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş;

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın "“QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” arasında Anlaşma Memorandum;

- “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi", Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” MMC arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

- “"QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi”, "Cool İnfinity" və "Foodcity Alliance" arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;

- “KTZ Express Hong Kong Limited” MMC və “ADY Container” MMC arasında Tərəfdaşlıq Sazişi.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər