Saytımızı qiymətləndirin


 
 

Nazir: “Oktyabrdan bəzi bağçalarda isti yemək verilməsinə başlanılacaq”
Tarix: 23-08-2022 | Saat: 12:58
Bölmə:Karusel / Təhsil | çapa göndər

Nazir: “Oktyabrdan bəzi bağçalarda isti yemək verilməsinə başlanılacaq”

Bağçalarda monitorinqlər demək olar ki, yekunlaşıb. 80-dən artıq bağça direktoru işindən azad edilib”

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu işdə məqsəd kimisə işdən çıxarmaq deyil, prosesi daha yaxşı qurmaqdır.

Bu il bağçalarla bağlı yeniliklərə də toxunana nazir qeyd edib ki, işə qəbulun elektron qaydada aparılması prosesində müəyyən problemlərlə üzləşəcəyimizi ehtimal edirik:

“Məsələn, yenə müşahidə edəcəyik ki, 10 yer var, amma 20 nəfər qeydiyyatdan keçmək istəyir. Lakin biz bunu il ərzində yer boşaldıqca təmin edə biləcəyik. Düşünürəm ki, belə olan halda proses daha şəffaf olacaq. Artıq tərbiyəçilərin də işə qəbul imtahanı mərkəzləşmiş qaydada aparılır. Burada da biz prosesin daha şəffaf olacağını gözləyirik”.

Nazir məktəbəqədər tədris müəssisələrində qidalanma məsələsinə də toxunub:

“Növbəti tədris ilində, oktyabr ayından başlayaraq pilot olaraq bəzi bağçalarda isti yemək verilməsinə başlanılacaq”.



Xəbəri paylaş

1177 dəfə oxunub.

Digər xəbərlər