Saytımızı qiymətləndirin


 
 

“Azərbaycanlı olduğunu 4-5 saat sonra bildik” - Eynulla Fətullayevin Zabuxda görüşdüyü erməni
Tarix: 20-08-2022 | Saat: 15:08
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Azərbaycanlı olduğunu 4-5 saat sonra bildik” - Eynulla Fətullayevin Zabuxda görüşdüyü erməni

Avqustun 25-də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarılacaq. Bundan əvvəl rəsmi Bakı bir daha göstərib ki, Azərbaycan nə vaxt və necə istəsə Qarabağda hərəkət edəcək.

Bir neçə gün əvvəl jurnalist Eynulla Fətullayev və operator Laçın və Zabuxda olub. O, burada Zabuxda olan “Erməni milli qvardiyası” ictimai təşkilatının rəhbəri, bloger Arşak Zakaryanla da danışıb.

Zakaryan görüşdən sonra “Hraparak” nəşrinə bildirib ki, jurnalist özünü İrəvandan olan avropalı jurnalist kimi təqdim edilib.

“Bizdən ermənilərin 90-cı illərdən sonra bu ərazilərə gəldiyini soruşdu, biz isə ermənilərin bura IV əsrdə (?) gəldiyini, bunun maddi sübutları olduğunu dedik”, - deyə Zakaryan gülünc doğuran açıqlama verib.

O qeyd edib ki, jurnalist Eynulla Fətullayev Rusiya sülhməramlı qoşunlarının zabiti ilə birlikdə hərəkət edib.

“Onun gəlməsindən kimin xəbərinin olub-olmamasını bilmirəm. Hər halda rusların keçid məntəqələrində pasport yoxlamaq hüququ var, orada erməni bölmələrinin nümayəndələri də var”, - deyə Zakaryan bildirib.

Erməni rejissorun sözlərinə görə, azərbaycanlı jurnalist Zabuxda cəmi 10-12 dəqiqə olub.

“O gedəndən 4-5 saat sonra bildik ki, Azərbaycanlıdır. Oradan çıxanda Gorusa gedirdim, Danimarkadan tanışlarımdan biri mənə zəng edib dedi ki, bilirsən filan adam sənin yanında olubmu? Mən bunu biləndə Gorusa çatmışdım. Zabuxda isə bundan gec xəbər tutdular”, - deyə o guya səfər edən şəxsin kimliyi barədə məlumatsız olduğunu iddia edib.

Onun sözlərinə görə, qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Rusiya tərəfinə müraciət edib.(Ordu.az)



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər
20-06-2021, 22:01 Türkiyə yenə uduzdu