Bu gün Rusiya Litva və Polşa ilə həmsərhəd olan Kalininqrad vilayətinə “Kinjal” hipersəs raketləri olan üç MiQ-31 təyyarəsini köçürüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Əlavə strateji qarşısının alınması tədbirlərinin həyata keçirilməsi çərçivəsində “Kinjal” hipersəs raketləri olan 3 ədəd MiQ-31İ təyyarəsi Kalininqrad vilayətindəki Çkalovsk aerodromuna köçürülüb”, - Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildirilib
Bildirilir ki, onlar təyyarələri “strateji çəkindirmə üzrə əlavə tədbirlər çərçivəsində” yerləşdiriblər.