Saytımızı qiymətləndirin


 
 

Ömrünün yarısını həbsdə keçirən şəxs yenidən tutuldu
Tarix: 18-08-2022 | Saat: 10:49
Bölmə:Karusel / Kriminal | çapa göndər

Samux sakinində narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Ceyhun Mərdanov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu, 46 yaşlı C.Mərdanovun 8-ci məhkumluğudur. O, bundan əvvəl Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 7 dəfə həbs olunub və ömrünün 23 ilini dəmir barmaqlıqlar arxasında keçirib

 



Xəbəri paylaş

214 dəfə oxunub.

Digər xəbərlər