Tarix: 18-08-2022 | Saat: 08:06
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ “F-16” qırıcılarının Ankaraya tədarükü ilə bağlı Türkiyə ilə danışıqların aparıldığını təsdiqləyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
“Türkiyə ilə “F-16” tədarükü məsələsində görüşlərimiz davam edir. Türkiyə nümayəndə heyəti bununla bağlı müzakirələr aparmaq üçün ABŞ-a gəlib", - deyə Ned Prays bildirib.
O, Türkiyə hökumətinin ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində gələcək niyyətinin Ankaradan öyərənilməli olduğunu diqqətə çatdırıb.
“Biz məlum hərbi təchizatlarla bağlı ictimaiyyətə açıqlama vermirik. Razılaşma haqqında dolğun informasiya olandan sonra biz bu haqda Konqresə məlumat veririk. Yalnız bundan sonra geniş məlumat yayılır”,- deyə Prays bildirib.
Xatırladaq ki, bazar ertəsi Türkiyənin NTV telekanalı Türkiyə hərbi heyətinin, “F-16”-ların Ankaraya tədarükü ilə bağlı ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparması üçün Vaşinqtona getdiyini bildirimişdir.
Telekanal danışıqların bir neçə gün davam edəcəyini qeyd edib.
Digər xəbərlər