Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.

Bu barədə Qarabaginfo.az-a  Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bildirilib ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, ötən gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam ödənilib.