Saytımızı qiymətləndirin


 
 

İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı
Tarix: 05-06-2020 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb. 

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, RPŞ-nın rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb. İşdən çıxarılan polis rəisinin yerinə hələlik təyinat olmayıb. 

Qeyd edək ki, E.Aslanov Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun qardaşıdır. 

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.



Xəbəri paylaş

384 dəfə oxunub.

Digər xəbərlər