Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistandakı “Məhkəmə özbaşınalığına qarşı” təşkilatının icraçı direktoru Larisa Alaverdyan deyib.
“Ermənistanın demək olar ki, bütün bölgələrində azərbaycanlılar yaşayırdı. İrəvanın mövcud geosiyasi vəziyyətin Bakının xeyrinə dəyişdiyi reallığı ilə barışmaqdan başqa yolu yoxdur”,- Alaverdiyan deyib.
34 il əvvəl Zəngəzurda, xüsusən də Ağudi (Qarakilsə) kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdyan bildirib ki, buna şərait yaradılarsa, onlar bura qayıda bilərlər.
“Azərbaycanlıların gözlədiyi şərait artıq yaradılıb”, – o deyib.
Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı sualı cavablandıran Alaverdyan qeyd edib ki, onların Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa seçimləri yoxdur.(Konkret.az)