Laçında və Zabuxda qanunsuz məskunlaşmış hayların son durumu…-Köç başladı…-VİDEO
Tarix: 07-08-2022 | Saat: 16:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
1298 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-08-2022 | Saat: 16:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “ərazi idarəetmə və infrastruktur naziri” ilə görüşdən sonra Zabuxdakı haylar ümidsiz vəziyyətdə qalıblar.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndindəki üzdəniraq "Artsax" telekanalının reportajında bəhs edilir.
“İnsanlar kəndi tərk etmək çağırışını ağrı ilə, bəziləri həyəcanla, bəziləri təmkinlə qəbul ediblər. İndi mövcud əhval-ruhiyyəni, hissləri təsvir etmək və qeyri-müəyyənliyini başa düşmək daha çətindir”- reportajda belə deyilir.
Erməni müxbir həyasızcasına bu Azərbaycan ərazisini “Kaşataq rayonu” və “qədim erməni torpağı” adlandırır:
“Kaşataq rayonunun sonuncu sakinləri bu günlərdə doğma yurd-yuvasının, qədim erməni torpağının şirinliyindən zövq alırlar ki, sabahın həsrəti bir az asan olsun”.
P.S. Bunu necə qarşılamaqlarından asılı olmayaraq haylar Rusiyanın dəstək verdiyi Ermənistanın işğalından sonra 30 ildən çox qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını tərk etməlidirlər. Və bütün beynəlxalq təşkilatlar onlara anlatmalıdır ki, bundan sonra “qaçqın” düşmələrində, əzab-əziyyət çəkmələrində Azərbaycan xalqının və dövlətinin zərrə qədər günahı yoxdur. Bütün günah işğalçı, separatçı, faşist xislətli lider və hakimiyyətlərində, diaspor və lobbilərində həmçinin onları Azərbaycana qarşı işğal və soyqırımlara təhrik edən xarici güclərdə, xüsusən də Rusiyanın imperiyapərəst rəhbərliyindədir…
İkincisi də başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz... Qanunsuz köçürülüb yerləşdiyiniz Laçın şəhəri, Zabux və Sus kəndlərinin minlərlə sakini doğma yurd-yuvalarından qaçqın düşərək 30 ildən çoxdur çadırlarda, qazmalarda, vaqonlarda, yataqxanalarda, özgə qapılarında əzab çəkiblər...
Xəbəri paylaş
Digər xəbərlər
10-10-2024, 22:34
İsrail Beyrutun mərkəzində iki binanı vurub
16-12-2021, 16:09
Turizm Bürosu aviabiletlərin bahalaşmasının səbəbini açıqlayıb
13-01-2022, 17:29
Qazaxıstanda bir ailə komendant saatına görə güllələnib
15-10-2021, 11:11
Qarabağda vəziyyət gərginləşib - Rusiya buna görə də ciddi təşvişə düşüb - "Hraparak" - FOTO
28-04-2025, 08:43
Tramp "dayan", Lavrov "davam" dedi
9-02-2019, 10:54
Su kanalından qadın meyiti tapıldı
22-04-2022, 18:53
Türkan qəsəbəsinə magistral su xətti çəkildi
16-12-2025, 14:59
Bu məhkumlar amnistiyaya düşə bilməz - Maddələrin siyahısı
6-06-2023, 11:23
Qəbələnin rəisi işdən çıxarıldı














