"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.
Qarabaginfo.az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,38 ABŞ dolları və ya 2,3% azalaraq 102,19 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.