Saytımızı qiymətləndirin


 
 

Bakıda isti, rayonlarda yağış – Sabahın havası
Tarix: 03-08-2022 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda avqustun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

 

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 9-14° isti, gündüz 24-29° isti olacaq.



Xəbəri paylaş

155 dəfə oxunub.

Digər xəbərlər