Saytımızı qiymətləndirin


 
 

Azərbaycan-Özbəkistan investisiya fondunun yaradılmasına dair yol xəritəsi qəbul ediləcək
Tarix: 02-08-2022 | Saat: 18:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan-Özbəkistan investisiya fondunun yaradılmasına dair yol xəritəsi qəbul ediləcək

Özbəkistan və Azərbaycan ümumi dəyəri 500 mln. ABŞ dollarından çox olan birgə layihələrin həyata keçirilməsi üçün investisiya fondu yaratmaq niyyətindədir.

Qarabaginfo.az Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, fondun yaradılmasına dair müzakirələr hökumətlərarası birgə komissiyanın iclasında aparılıb.

 

“Biz bir həftə ərzində fondun mümkün qədər tez yaradılmasına yönəlmiş birgə yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəldik”, - Komissiyanın həmsədri, Özbəkistan baş nazirinin müavini, qurumun rəhbəri Cəmşid Xocayev deyib.

Hökumətlərarası komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da hesab edir ki, iki ölkə arasında investisiya əməkdaşlığı intensivləşdirilməlidir. "Bu aspektdə birgə investisiya fondunun yaradılması və fəaliyyəti hər iki ölkənin investorlarına kömək edəcək və yaxşı alət ola bilər", - deyə Mikayıl Cabbarov qeyd edib.



Xəbəri paylaş

1156 dəfə oxunub.

Digər xəbərlər