Ukrayna Xersonun 53 yaşayış məntəqəsini azad etdi
Tarix: 02-08-2022 | Saat: 15:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
292 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-08-2022 | Saat: 15:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri artıq 53 yaşayış məntəqəsini işğalçılardan azad edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Xerson vilayət hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Dmitri Butriy deyib.
“Bu gün artıq 53 yaşayış məntəqəsinin azad edildiyi rəsmən təsdiqlənib. Biz bu məlumatı yalnız Baş Qərargahla razılaşdırıldıqdan sonra təqdim edirik. Çünki hərbçilər hələ də minalardan təmizləmə işləri aparırlar. Demək olar ki, azad edilən bütün ərazidə yaşayış binaları, infrastruktur obyektləri, məktəblər ruslar tərəfindən daim atəşə tutulur və bu kəndlərdə vəziyyət fəlakətlidir. Əlbəttə, biz insanlara qayıtmağı tövsiyə etmirik, çünki onlar öz həyatlarını ciddi təhlükə altında qoyurlar”, - Butriy bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
24-09-2024, 12:19
Şoyqunun müavini olmuş İvanovun 82 milyonluq əmlakına həbs qoyuldu
1-02-2024, 13:48
Nazirliyin vəzifəli şəxslərinin vətəndaş qəbullarının QRAFİKİ
4-07-2024, 21:59
Putin və Lukaşenko İttifaq dövlətinin inkişafını müzakirə ediblər
12-04-2021, 10:45
Həkimdən peyvənd olunanlara vacib MƏSLƏHƏT: “Çalışıb bunları edin!”
14-11-2024, 11:53
COP29 - Azərbaycanın qlobal problemlərin həllində rolu
24-02-2022, 20:31
Azərbaycanın Ukraynadakı Səfirliyi: İş başındayıq, soydaşlarımızı evlərində qalmağa çağırırıq
28-04-2021, 15:38
Azərbaycanda ödəmə mənbəyində verginin tutulması qaydası dəyişir



















