Saytımızı qiymətləndirin


 
 

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edildi - MN
Tarix: 02-08-2022 | Saat: 11:58
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edildi - MN

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunur ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilib.

Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.

"Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir", - deyə məlumatda vurğulanır.



Xəbəri paylaş

1158 dəfə oxunub.

Digər xəbərlər