Saytımızı qiymətləndirin


 
 

İordaniyalı jurnalist Azərbaycandan yazdı
Tarix: 31-07-2022 | Saat: 16:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

İordaniyalı gənc jurnalist Marina Suda bu ölkənin “Əl Ənbat” qəzetində və Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın palçıq vulkanları haqqında məqalə yazıb.

Qarabaginfo.az xəbər verir ki, məqalədə Bakı və Abşeron yarımadasında 52 palçıq vulkanına dövlət təbii qoruğu statusu verildiyi, 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradıldığı diqqətə çatdırılıb. Müəllif yazıb ki, ümumilikdə Azərbaycanda 220-dən çox palçıq vulkanı var.

Onlar həm quruda, həm də dənizdə mövcuddurlar. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir.

Müəllif, həmçinin vulkan palçığının müalicəvi əhəmiyyətindən də ətraflı bəhs edib. (AZƏRTAC)



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər