Tarix: 21-05-2022 | Saat: 17:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Ərdoğan Anderssonla ikitərəfli əlaqələri, eyni zamanda, İsveçin NATO-ya üzvlüyünü müzakirə edib.
Ərdoğan Türkiyənin NATO-nun “açıq qapı” siyasətinə indiyə qədər daima tam dəstək verdiyini bildirib. O, ittifaq daxilində həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından həmrəyliyin əsas dəyər olduğuna diqqət çəkib.
Türkiyənin İsveçin terror təşkilatı PKK/YPG/PYD idarəçiliyindəki şəxs və “quruluşlar”la təmaslarından narahatlıq duyduğunu uzun zamandır gündəmə gətirdiyini bildirən Ərdoğan FETÖ terror təşkilatının İsveçdəki mövcudluğunun və fəaliyyətinin də davam etdiyini vurğulayıb.
Türkiyə Prezidenti İsveçin terror təşkilatlarına yönəlik siyasi, maddi və silah dəstəyinin dayandırılmasının vacibliyini qeyd edib.
Ərdoğan PKK/PYD/YPG-nin İŞİD-lə mübarizə apardığı iddiasının da həqiqəti əks etdirmədiyini deyib.
Digər xəbərlər