“Xankəndindəki Azərbaycan bayrağı onun razılığı ilə çıxarılıb...”
Tarix: 30-07-2022 | Saat: 11:53
Bölmə:Karusel / Yazar | çapa göndər
322 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-07-2022 | Saat: 11:53
Bölmə:Karusel / Yazar | çapa göndər

“SSRİ Plan Komitəsinin hesabat sənədlərində Dağlıq Qarabağ əslində 16-cı müttəfiq respublika kimi əlahiddə göstərilirdi...”
Xarici güclər tərəfindən təhrik edilən separatçı, işğalçı xislətli ermənilərin keçmiş Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirilməsi uğrunda ən fəal mübarizəsi 1988-1990-cı illərdən başlamışdı. 1988-1989-cu illərdə SSRİ lideri M.Qorbaçovun göstərişi ilə Qarabağda Arkadi Volksinin rəhbərliyi ilə yaradılmış Xüsusi İdarə Komitəsi isə onları Azərbaycana qarşı mübarizəyə daha da həvəsləndirirdi...
Sovet dövründə “Kommunist” qəzetinin Qarabağ üzrə xüsusi müxbiri olmuş rəhmətlik tanınmış jurnalist Ziyəddin Sultanov 1990-cı ilin martında növbəti Xankəndi səfərindən və o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olan Viktor Polyaniçkonun rəhbəri olduğu Respublika təşkilat komitəsindəki görüşlərindən sonra dərc etdiyi “Düşmənçilik buzu hələ də ərimir” adlı məqaləsində də Volskinin Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərindən bəhs edir.
Aktuallığını nəzərə alaraq həmin məqalədən diqqətəlayiq bir epizodu dəyərli Moderator.az oxucularının diqqətinə çatdırırıq:
“Stepanakertdə(Xankəndi-S.L.)Vilayət icraiyyə komitəsi binasının üzərində dalğalanan Azərbaycan bayrağını öz gözümüzlə gördük. Respublika təşkilat komitəsində söhbətə də elə bu bayraqdan başladıq. Bizi səmimi qarşılayan M.Radayev dedi:
"Əlimizdə olan məlumata görə, icraiyyə komitəsi üzərində dalğalanan Azərbaycan bayrağı Volskinin razılığı ilə çıxardılıb. Yerli camaata xoş gəlsin deyə, onun əvəzinə Ermənistan bayrağı asdırıb. Hərbçilər Azərbaycan bayrağını çıxarıb atan adamı tutsalar da, tezliklə buraxıblar və həmin şəxs haqqında qaldırılımış cinayət işi xətm edilib.
Dağlıq Qarabağda bütün müəssisələr, bütün sahələr Mərkəzin(Moskvanın- S.L.) tabeliyinə keçirilmişdir. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. SSRİ Plan Komitəsinin hesabat sənədlərində Dağlıq Qarabağ əslində 16-cı müttəfiq respublika kimi əlahiddə göstərilirdi. Hər gün Stepanakert-Yerevan marşrutu üzrə təyyarələr 22 dəfə reysə çıxırdı...”
P.S....
Sultan Laçın
Xəbəri paylaş
Digər xəbərlər
22-02-2021, 13:47
Sabah axşamdan qar yağacaq
30-01-2024, 16:45
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib- SİYAHI
25-02-2022, 00:48
Putin və Makron telefonla danışıb
22-02-2026, 15:09
KİV: İran və ABŞ arasında danışıqlar mart ayında keçirilə bilər
6-07-2023, 17:30
Lisey və gimnaziyalara qəbul nəticələri elan olunub
22-10-2022, 11:19
Goranboyda 25 yaşlı qadın güllələndi
8-10-2019, 16:30
Prezident Əli Əsədovla bağlı sərəncamı verdi
10-01-2024, 14:42
İrəvan sülh təkliflərini Bakıya GÖNDƏRİB
24-08-2024, 18:28
Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib



















