"Yaxın bir ay ərzində dünya bazarlarına 5 milyon ton Ukrayna taxılı tədarük ediləcək"
Tarix: 28-07-2022 | Saat: 17:27
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
1289 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-07-2022 | Saat: 17:27
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Ukrayna limanlarında yüklənən taxıl gəmilərinə Ukrayna və Türkiyə limanlarında birləşmiş komissiya tərəfindən baxış keçiriləcək..."
Ukrayna taxılı yüklənən ilk gəminin dənizə çıxacağı tarix açıqlanıb
İyulun 27-də İstanbulda Ukrayna taxılının ixracı üsrə Birgə koordinasiya mərkəzi açılıb.
Mərkəzin tərkibinə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin nümayəndələri daxildir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İstanbul müqaviləsi bağlanandan sonra yaradılan Mərkəzin açılış mərasimində çıxış edən Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib ki, taxıl gəmilərinə Ukrayna limanlarında yüklənərkən və Türkiyə limanlarında birləşmiş komissiya tərəfindən baxış keçiriləcək.
Onun sözlərinə görə, həmçinin, sahil sularını minadan təmizləməyi tələb etməyən təhlükəsizlik marşrutu da artıq razılaşdırılıb.
Bu arada isə Ukraynanın "Odessa", "Çernomorsk" və "Yujnı" dəniz limanları öz işini bərpa edib.
Odessa hərbi administrasiyası rəhbərinin spikeri Sergey Bratçukun sözlərinə görə, yaxın günlərdə Ukrayna taxılı ilə yüklənən ilk gəmi Odessadan təyinat yerinə istiqamət alacaq.
"Bu karvanları, - gəmiçilik məhz bu formatda baş verəcək, - öndə gedən lider gəmi aparacaq", - Bratçuk dəqiqləşdirib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə və Rusiya "Ukrayna limanlarından taxılın və ərzaq məhsullarının təhlükəsizlik nəqli üzrə Təşəbbüs" imzalayıb.
Bundan sonra sövdələşməni müşahidə edən BMT bəyan edib ki, bir neçə həfrədən sonra Odessadan və qonşu limanlardan taxıl tədarükünün başlanması gözlənilir, bu da bir ay ərzində dünya bazarına təxminən beş milyon ton Ukrayna taxılını tədarük etməyə imkan verəcək.
Ertəsi gün rusiyalı hərbçilər Odessa limanını atəşə tutub.
Ukrayna Hərbi-Hava Qüvvələri komandanlığnın nümayəndəsi Yuri İqnat təsdiq edib ki, rusiyalılar məhz göndəriləcək taxılın olduğu yeri hədəf alıb.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
30-09-2021, 21:31
Türk Ordusu bu il “Hisar O+” ZRK ilə silahlanacaq
1-12-2021, 12:47
Adil Əliyev: Soçi görüşü Ermənistan üçün acı həqiqət anı oldu
12-07-2019, 16:14
Zakir İbrahimov: “AzerGold” ixracdan 280 milyon manatdan çox gəlir əldə edib - MÜSAHİBƏ
22-01-2025, 22:07
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb
16-09-2021, 12:09
Protezlə təmin olunan qazilərin sayı açıqlanıb
26-09-2025, 10:29
Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasında çıxışı –TAM MƏTN
22-09-2020, 10:14
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 33 dəfə pozub
17-09-2026, 14:43
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib
15-12-2020, 16:00
Səhiyyə nazirinin müavini: "Vaksinasiya pulsuz həyata keçiriləcək"















