"Təəssüf ki, yeni savaşda Türkiyənin Azərbaycanın yanında olmaması mümkündür..."
Tarix: 23-07-2022 | Saat: 12:32
Bölmə:Karusel / Region | çapa göndər
1285 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-07-2022 | Saat: 12:32
Bölmə:Karusel / Region | çapa göndər

"Bu gün mən Türkiyənin regiondan kənarlaşdırılmasının, özü də Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun əli ilə kənarlaşdırılmasının aktiv əlamətlərini görürəm..."
"Azərbaycanın bir sıra media vasitələrində Rusiyanın geninə-boluna təbliğatı aparılır. Rusiya ilə Azərbaycan az qala qardaş dövlətlər kimi təqdim olunur..."
"Təəssüf ki, növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür. Və mən düşünürəm ki, bu gün Azərbaycanda Rusiya “5-ci kalon”u əlindən gələni edir ki, Türkiyə Azərbaycandan uzaqlaşdırılsın və uzaqlaşsın. Bunun üçün müvafiq təbliğat bazası da işləyir.
Bunu siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-ın "Ermənistanla yeni savaşın başlayacağı təqdirdə Türkiyənin Azərbaycanın yanında ötən dəfəki, yəni şəhid və qazilərin canı-qanı hesabına hərbi qələbə qazandığımız II Qarabağ savaşında olduğunun əksinə, ciddi şəkildə yer almaması variantı mümkündürmü?" sualını cavablandırarkən söyləyib.
"Çox təəccüblüdür ki, bu gün Azərbaycanın bir sıra media vasitələrində, əsasən də hakimiyyətə yaxın mətbuatda Rusiyanın geninə-boluna təbliğatı aparılır. Rusiya ilə Azərbaycan az qala qardaş dövlətlər kimi təqdim olunur. Türkiyə isə sadəcə olaraq unutdurulur. Azərbaycan media məkanında Türkiyə hansısa çox yad bir ölkə ilə faktiki olaraq eyni tezilikdə, eyni intensivlikdə xatırlanır. Bu, çox pis tendensiyadır və bu tendensiya Türkiyəni proseslərədən kənarlaşdırmağa yönəlmiş həcmli bir işin tərkib hissəsi ola bilər. Bunu istisna etmirəm. Və nəzərə alaq ki, Azərbaycanın Türkiyə modeli üzrə ordu quruculuğu haqda gedən söhbətlər, əldə olunmuş anlaşmalar, o cümlədən Şuşa Bəyannaməsində göstərilən bəndlər sabotaj olunur. Ona görə sabotaj olunur ki, bu günkü generallarla Türkiyə modeli qurulmayıb. Onlarla yalnız Ukraynada iflasa uğrayan Rusiya ordusunun modelini qurmaq olar. Və bu gün mən Türkiyənin regiondan kənarlaşdırılmasının, özü də Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun əli ilə kənarlaşdırılmasının aktiv əlamətlərini görürəm"- deyə analitik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
2-12-2021, 13:18
Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb
4-06-2026, 22:47
Zelenski Putinə açıq məktub ünvanlayıb
30-08-2021, 10:41
XİN başçısının müavini: “İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar tapılıb”
16-10-2022, 17:12
The Washington Post: İran Ukrayna ilə müharibə üçün Rusiyaya ballistik raketlər vermək istəyir
19-07-2022, 18:18
Türkiyə səfiri: Qardaşlarımızın Ağalı kəndinə köçürülməsinə başlanılıb
2-08-2023, 11:27
Yevlax xəstəxanasında 73 min manatlıq MƏNİMSƏMƏ
26-01-2021, 12:29
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir
22-05-2025, 11:36
Qurban bayramı ilə bağlı fətva verilib
1-03-2022, 12:24
Xarkovun raket atəşinə tutulması zamanı Azərbaycan konsulluğunun binasına ziyan dəyməyib



















