"Planlarımız möhtəşəmdir, Kiyevi götürəndən sonra ilk hədəfimiz NATO ölkəsi Polşa olacaq..."
Tarix: 20-07-2022 | Saat: 17:36
Bölmə:Karusel / Region | çapa göndər
1273 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-07-2022 | Saat: 17:36
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Ukraynadan sonra NATO ölkələrini "demilitarizasiya" edəcək...
"Mənim köməkçim general Alaudinov bütün zamanların və xalqların rəşadətli qəhrəmanıdır..."
Kadırov Kremlin NATO ölkələri ilə bağlı "möhtəşəm planları"nın üstünü açıb...
Çeçenistan Respublikasının lideri Ramzan Kadırov bəyan edib ki, Rusiya hakimiyyəti NATO ölkələri üçün "demilitarizasiya planı" işləyib hazırlayır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
Ukrayna götürüldükdən sonra Rusiya ordusunun müdaxilə edəcəyi ilk Qərb dövləti Polşa olacaq, - Kadırov deyib.
Çeçen hakimi məlumat verib ki, onun köməkçisi general-mayor Aptı Alaudinov bu yaxınlarda Moskvadan ezamiyyətdən qayıdıb, oradan, hər şeydən göründüyü kimi, Kremldən yeni göstərişlərlə gəlib, bu da, görünür, çeçen rəhbərini cuşa gətirib.
"Nəhayət, biz axşam çay süfrəsi arxasında ünsiyyətdə olmaq imkanı qazandıq və bizim bölmələrin taktikası barədə detallı söhbət etdik, müsbət və mənfiləri götürqoy etdik, gələcək üçün tapşırıqları düşündük. Planlarımız möhtəşəmdir. Biz artıq NATO ölkələrinin demilitarizasiya planı üzərində işləyirik, Kiyevi görürəndən sonra ilk olaraq növbə Polşanındır", - Kadırov belə yazıb.
Öz köməkçisini Kadırov bütün zamanların və xalqların rəşadətli qəhrəmanı kimi təqdim edib, çünki sərəncamında saxta "LXR
respublikası"nın kifayət qədər təlim keçməmiş yeni əsgərlər olmasına rəğmən, o, Ukraynanın 36 yaşayış məntəqəsini ələ keçirib. İndi isə, Kadırovun sözlərinə görə, Alaudinov Şimali Atlantika alyansının üzvü olan Polşanı hədəfə alıb.
Xatırladaq ki, iyunun sonunda çeçen hərbçilərinin komandiri Qroznıda ona təqdim edilən "Stomatologiya qarşısında xidmətlərinə görə" I dərəcəli ordenlə lovğalanıb.
Yəni təkcə psixiatriya sahəsində deyil, Kadırovun həm də stomatologiya sahəsində "xidmətləri" olub.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
23-10-2024, 14:27
BRICS ölkələri tərəfdaş dövlətin meyarları barədə razılığa gəliblər, 13 dövlətin siyahısı razılaşdırılıb
27-03-2024, 15:20
“Putin təhlükəsizlik qüvvələrinin uğursuzluğundan şoka düşüb, istefalar olacaq”- “Bloomberg”
27-02-2019, 14:25
Sabahın hava PROQNOZU - Yağış, çiskin
8-02-2026, 09:54
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər
27-09-2024, 19:36
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub, dörd nəfər ölüb
2-12-2024, 11:30
FHN metroda təlim keçirdi - Video
10-07-2026, 08:25
ABŞ və Vatikan Ukrayna üzrə sülh səylərini müzakirə edib
16-01-2022, 15:29
Peskov: “Vəziyyət fövqəladə dərəcədə təhlükəlidir”
1-06-2021, 17:32
Zəngəzur dağlarının əsas yüksəklikləri Azərbaycanın nəzarətinə KEÇİB
22-11-2024, 15:06
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi



















