Ana Sayfa > Karusel / Region > "Planlarımız möhtəşəmdir, Kiyevi götürəndən sonra ilk hədəfimiz NATO ölkəsi Polşa olacaq..."

"Planlarımız möhtəşəmdir, Kiyevi götürəndən sonra ilk hədəfimiz NATO ölkəsi Polşa olacaq..."


20-07-2022, 17:36. Yazar: Admin
Rusiya Ukraynadan sonra NATO ölkələrini "demilitarizasiya" edəcək...
 
"Mənim köməkçim general Alaudinov bütün zamanların və xalqların rəşadətli qəhrəmanıdır..."
 
Kadırov Kremlin NATO ölkələri ilə bağlı "möhtəşəm planları"nın üstünü açıb...
 
Çeçenistan Respublikasının lideri Ramzan Kadırov bəyan edib ki, Rusiya hakimiyyəti NATO ölkələri üçün "demilitarizasiya planı" işləyib hazırlayır.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
 
Ukrayna götürüldükdən sonra Rusiya ordusunun müdaxilə edəcəyi ilk Qərb dövləti Polşa olacaq, - Kadırov deyib.
 
Çeçen hakimi məlumat verib ki, onun köməkçisi general-mayor Aptı Alaudinov bu yaxınlarda Moskvadan ezamiyyətdən qayıdıb, oradan, hər şeydən göründüyü kimi, Kremldən yeni göstərişlərlə gəlib, bu da, görünür, çeçen rəhbərini cuşa gətirib.
 
"Nəhayət, biz axşam çay süfrəsi arxasında ünsiyyətdə olmaq imkanı qazandıq və bizim bölmələrin taktikası barədə detallı söhbət etdik, müsbət və mənfiləri götürqoy etdik, gələcək üçün tapşırıqları düşündük. Planlarımız möhtəşəmdir. Biz artıq NATO ölkələrinin demilitarizasiya planı üzərində işləyirik, Kiyevi görürəndən sonra  ilk olaraq növbə Polşanındır", - Kadırov belə yazıb.
 
Öz köməkçisini Kadırov bütün zamanların və xalqların rəşadətli qəhrəmanı kimi təqdim edib, çünki sərəncamında saxta "LXR
respublikası"nın kifayət qədər təlim keçməmiş yeni əsgərlər olmasına rəğmən, o, Ukraynanın 36 yaşayış məntəqəsini ələ keçirib. İndi isə, Kadırovun sözlərinə görə, Alaudinov Şimali Atlantika alyansının üzvü olan Polşanı hədəfə alıb.
 
Xatırladaq ki, iyunun sonunda çeçen hərbçilərinin komandiri Qroznıda ona təqdim edilən "Stomatologiya qarşısında xidmətlərinə görə" I dərəcəli ordenlə lovğalanıb.
 
Yəni təkcə psixiatriya sahəsində deyil, Kadırovun həm də stomatologiya sahəsində "xidmətləri" olub.(Moderator.az)

Geri dön