Tarix: 19-07-2022 | Saat: 10:45
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
2022-ci ilin iyun ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 3 pillə irəliləyib və 33,64 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a “Speedtest Global Index”ə istinadən xəbər verir.
Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da may ayı ilə eynidir. İyunda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (213,73 MB/S), sonuncu yerdə isə Kuba (1,84 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Norveç 126,96 MB/S sürətlə birinci, Kuba isə 4,49 MB/S sürətlə sonuncu 139-cu yerdə qərarlaşıb.
Digər xəbərlər