Saytımızı qiymətləndirin


 
 

Gömrük Komitəsi ləğv edilir - Azərbaycanda yeni nazirlik yaradılır
Tarix: 18-07-2022 | Saat: 14:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gömrük Komitəsi ləğv edilir - Azərbaycanda yeni nazirlik yaradılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi birləşdirilir.

Qarabaginfo.az xəbər verir ki, üç ayrı mənbə bu nəlumatı İndex.az-a təsdiqləyib.

İki qurumun birləşməsindən yaranacaq yeni qurum İqtisadiyyat Nazirliyinin tabeliyində deyil, ayrıca qurum (nazirlik və ya komitə) kimi fəaliyyət göstərəcək.

Mənbə bildirib ki, yeni yaranacaq qurumun rəhbərliyinə hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi olan Mətin Eynullayev gətiriləcək.

Qeyd edək ki, M. Eynullayev 6 may 2021-ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsini icra edir.

Daha əvvəllər Təhsil Nazirliyinin Aparat rəhbəri, (2013–2017) təhsil nazirinin müavini, (2017–2018) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018) vergilər nazirinin müavini (2018–2020) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən) Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən) vəzifələrini icra edib.(Yenisabah.az)

Ailəlidir. 2 övladı var. 



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər