Saytımızı qiymətləndirin


 
 

Ombudsman Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli və onun anası ilə görüşüb
Tarix: 18-07-2022 | Saat: 13:51
Bölmə:Karusel / Sosial | çapa göndər

Омбудсман Азербайджана обратилась к международной общественности 

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli və onun anası ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı məlumat yayılıb. Ombudsman Aparatı məsələ ilə bağlı dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılaraq ilkin araşdırma aparıb.

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.

Görüş zamanı qızın anasının fikirləri dinlənilib, məsələyə dair, həmçinin uşağın psixoloji durumunun nəzarətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib, uşağın hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib.

Eyni zamanda, psixoloq tərəfindən uşağın fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, ona psixoloji yardım göstərilib.

Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər